III Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib.

 

BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən

 

III Bakı Elm Olimpiadasının I mərhələsi 20 nömrəli məktəb-liseydə təşkil olunub.

 

Olimpiadanın I mərhələsində iştirak etmək üçün 672 şagird elektron qeydiyyatdan keçib.

 

IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın I mərhələsində iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.

 

Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsinə vəsiqə qazanacaq.

 

Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.

 



09.03.2024 | 14:56