Süni intellekt beyin cərrahiyyəsində əməliyyatları daha təhlükəsiz yerinə yetirməyə kömək edəcək | |
Mütəxəssislərin fikrincə, süni intellekt beyin cərrahiyyəsində əməliyyatları daha təhlükəsiz yerinə yetirməyə kömək edə bilər.
Bu barədə Londonda yerləşən Milli Nevrologiya və Beyin Cərrahiyyə Xəstəxanasının neyrocərrahı Hani Markusun bildirib.
O qeyd edib ki, süni intellekt xəstələrin daha az fəsadla tez sağalmasına yardımçı ola bilər.
Hani Markus beyin şişlərinin çıxarılması əməliyyatlarına xas olan çətinliklərə diqqət çəkib: “Dünyada belə mürəkkəb prosedurları həyata keçirə biləcək məhdud sayda cərrah var. Süni intellekt cərrahlara qərar vermə, toxuma izləmə və əməliyyat zamanı risk qiymətləndirməsinə kömək edərək onlara əvəzsiz töhfə verə bilər. Bu, əməliyyatları daha təhlükəsiz və təsirli etməyə qadirdir, həmçinin cərraha hansı aləti istifadə edəcəyinə, bundan sonra nə edəcəyinə, vəziyyəti necə izləyəcəyinə yardımçı ola bilər. Süni intellekt faydalı ola bilər, çünki daha çox hadisəni görmə üstünlüyünə malikdir. Biz süni intellekti 500 video üzərində öyrətdik. Bu, adi cərrahın karyera boyu təcrübəsinə bərabərdir. İllər sonra isə 10 min video vasitəsilə süni intellekt öyrədiləcək”.
Neyrocərrahiyyə üzrə təcrübəçi, akademik klinik tədqiqatçı Danyal Xan da süni intellektin yeni həkimlərin yetişdirilməsinə töhfə verə biləcəyini söyləyib. O bildirib ki, süni intellekt cərrahlara real vaxt rejimində qərar qəbul etməyə kömək göstərir.
Azərtac
|
|
11.03.2024 | 10:49 | |
|
|
|