Mərkəzi Aran bölgəsinin məktəblərində idman həftəsi | |
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edir, şagirdlərə idman növləri haqqında geniş məlumatlar verilir, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbətlər aparılır.
Ümumi təhsil müəssisələrində idman həftəsi çərçivəsində müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilir.
RTİ-dən verilən məlumata görə, Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 7-dək davam edəcək.
İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.
Şakir CƏFƏROV
|
|
06.03.2024 | 15:46 | |
|
|
|