Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri | |
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan fənn müəllimləri ilə “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində görüş keçirilib.
Regional təhsil idarəsindən verilən məlumata görə, 800-ə yaxın müəllimin iştirak etdiyi tədbirin əsas məqsədi təhsilverənləri tədris olunan fənlər üzrə təkmilləşdirilmiş kurikulum sənədləri ilə tanış etmək və təkmilləşdirmədə nəzərə alınmış əsas məsələlər üzrə qarşılıqlı müzakirələr aparmaqdan ibarət olub.
2 gün davam edəcək tədbirə riyaziyyat, kimya, biologiya, təbiət, həyat bilgisi, Azərbaycan dili, coğrafiya fənləri üzrə müəllimlər dəvət olunub.
Şakir CƏFƏROV
|
|
06.03.2024 | 17:21 | |
|
|
|