Məktəblərdə sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir

Paytaxt məktəblərində metodbirləşmə rəhbərləri tərəfindən sertifikatlaşdırma prosesi ilə bağlı görüşlər davam edir.

 

Görüşlərdə məktəb direktorları, riyaziyyat, ingilis, rus, alman, fransız dili, eyni zamanda tədrisi digər dildə olan bölmədə dərs deyən Azərbaycan dili müəllimləri iştirak edirlər.

 

Müəllimlərə dəstək məqsədilə keçirilən görüşlərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin müəllimlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışılır.

 

Həmçinin sertifikatlaşdırma prosesinin qaydaları barədə məlumat verilir, təhsil işçilərinin üzrərinə düşən vəzifələrdən söz açılır.

 

Daha sonra görüşdə fikir mübadiləsi aparılır, müəllimləri maraqlandıran suallar cavablandırılır.

 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.

 

 



06.03.2024 | 16:43