Dövlət Proqramı çərçivəsində təhsil hüququ qazanmış qadınların sayı açıqlanıb | |
Dövlət Proqramı çərçivəsində təhsil hüququ qazanmış və təhsilini başa vurmuş məzun qadınlara aid statistika açıqlanıb.
Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, Dövlət Proqramı çərçivəsində 2022-2023-cü illərdə bakalavriat səviyyəsi üzrə 43, magistratura səviyyəsi üzrə 277, 2020-2023-cü illərdə doktorantura səviyyəsi üzrə 134 qadın təhsil hüququ qazanıb. Həmçinin, proqram çərçivəsində magistratura səviyyəsi üzrə 44, doktorantura səviyyəsi üzrə 2 qadın məzun olub.
Azərtac
|
|
06.03.2024 | 14:39 | |
|
|
|