“Məktəblinin dostu" çərçivəsində 60 minə yaxın hadisə ilə bağlı qabaqlayıcı tədbir görülüb
“Məktəblinin dostu” layihəsi çərçivəsində ötən il 14 min, ümumilikdə isə 60 minə yaxın hadisə ilə bağlı qabaqlayıcı tədbirlər görülüb.
 
 
Bu barədə “Azərbaycan müəllimi” qəzetinin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
 
Qeyd edilib ki, müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hallarda ilkin tibbi və psixoloji yardım göstərmək məqsədilə 2016-cı ildən etibarən həyata keçirilən "Məktəblinin dostu" layihəsinin əhatə dairəsi genişləndirilib. Artıq layihə 238 məktəbdə icra olunur, o cümlədən 400 min şagirdi əhatə edir.


05.03.2024 | 14:00