Polimer Materialları İnstitutunda tələbələr üçün təcrübə-seminar

Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun (PMİ) laboratoriya və şöbələrində təcrübədədirlər.

 

Tələbələr üçün institutun Təchizat və Xidmət şöbəsinin mühəndisi Vaqif İbrahimov tərəfindən “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda seminar keçirilib.

 

Seminarda SDU-nun təbiət elmləri və mühəndislik fakültələrinin tələbələrinə təcrübəyə başlamazdan əvvəl təhlükəsizlik texnikası qaydaları, yanğından mühafizə tədbirləri, odsöndürən vasitələrin növləri və istifadə qaydaları haqqında ümumi məlumat və təlimatlar verilib. Onlara təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə bağlı videoçarxlar nümayiş olunub.

 

 



05.03.2024 | 15:12