Yaponiyalı alimlər dünyada ilkə imza atıblar

Yapon həkimlər dünyada ilk dəfə canlı donorlardan həm ağ, həm də qaraciyərlərin hissələrinin eyni vaxtda transplantasiyasını həyata keçiriblər.

 

Kyoto Universitet Xəstəxanası xəbər verir ki, 18 saat davam edən əməliyyat noyabrda aparılıb və xəstə martın əvvəlində evə buraxılıb.

 

Xəstə 10 yaşlı uşaq olub. Onda anadangəlmə diskeratoz - mürəkkəb genetik xəstəlik aşkarlanıb. Bu xəstəliyin simptomları dərinin, selikli qişaların anomaliyaları, sümük iliyinin çatışmazlığı, bədxassəli xəstəliklərin inkişafıdır. Donorlar valideynlər və babası olub. Valideynlərdən ağciyərlərin sağ və sol hissələri, babadan isə qaraciyərin bir hissəsi götürülüb.

 

Bildirilib ki, həm xəstə, həm də donorlar özlərini normal hiss edir və həkim nəzarətinə ehtiyac duymurlar.

 

Azərtac

 



05.03.2024 | 12:33