Alman mütəxəssisin ADPU-da təlimi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “ARI Xaricdə Təhsil Mərkəzi” tərəfindən təlim təşkil olunub.

 

Mərkəzin Almaniyadan dəvət etdiyi təlimçi Dr. Wolf-Dieter Stotz universitetin ingilis dili müəllimləri üçün təlim keçib. Təlimdə yaxşı dərsin elementləri, Amerika və İngiltərə ingiliscəsi, motivasiya mətnləri və effektiv qrup işi vasitəsilə dərslərin daha maraqlı, yaddaqalan edilməsi  ilə bağlı müzakirələr aparılıb.

 

Qarşılıqlı müzakirələrlə keçirilən təlim 2 gün davam edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 



05.03.2024 | 11:13