Qida Təhlükəsizliyi Agentliyinin bir qrup əməkdaşı LDU-da olub | |
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bir qrup əməkdaşı- Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev, Hüquq, kadr və icraya nəzarət şöbəsinin dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva və AQTA-nın Lənkəran-Astara regional bölməsinin sədri Xalid Ələkbərli Lənkəran Dövlət Universitetində (LDU) olublar.
AQTA-nın əməkdaşları universitetin baytarlıq, aqrar və mühəndislik fakültələrinin professor-müəllim, “Qida mühəndisliyi”, “Zoomühəndislik”, “Baytarlıq təbabəti”, ”Baytarlıq”, “Şərabçılıq”, “Aqronomluq” ixtisaslarının bakalavriatura və magistratura pilləsində təhsil alan tələbələr ilə görüş keçiriblər.
Agentliyin şöbə müdiri Qalib Əbdüləliyev AQTA-nın fəaliyyət istiqamətləri, kadr məsələləri sektorunun müdiri Tural Əlizadə qəbul qaydaları, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva tədris laboratoriyaları barədə məlumat veriblər. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda AQTA-nın əməkdaşları universitetin “Baytarlıq cərrahiyyəsi”, “Qida təhlükəsizliyi və ekologiya”, “Baytarlıq”, “Qida məhsullarının texnologiyası” lobaratoriyalarında tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
|
|
02.03.2024 | 10:00 | |
|
|
|