VI Bakı Beynəlxalq Humanitar Forumu iştirakçıları ADNSU-da

Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Livan, Almaniya və Macarıstandan olan  ADNSU (keçmiş Azİİ) məzunları ilə görüş keçirib.

 

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən  professor M.Babanlı son dövrlər universitetdə həyata keçirilən islahatlardan və tədris prosesindən, həmçinin beynəlxalq əməkdaşlıqdan danışıb.

 

ADNSU-da təhsilin  inkişafından və əcnəbi tələbələrin ADNSU-ya cəlb olunmasından danışan rektor M.Babanlı hazırda universitetdə Azərbaycan, rus və ingilis bölmələrinə tələbə qəbulunun mümkün olduğunu qeyd edib.

 

İllər sonra yenidən doğma universitetdə olmaqdan məmnun qaldıqlarını bildirən qonaqlar təmsil etdikləri qurumlar və ali təhsil müəssisələri ilə ADNSU-nun davamlı əməkdaşığında maraqlı olduqlarını və bu sahədə əllərindən gələn dəstəyi göstərəcəklərini bildiriblər. 

 

Sonda beynəlxalq çərçivədə əməkdaşlığın inkişafı üçün rəhbərlik səviyyəsində danışıqlar aparılması məsələsi müzakirə olunub.

 



29.10.2018 | 12:20