Maarifləndirici seminar keçirilib | |
Paytaxtdakı təhsil müəssisəsində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) tərəfindən maarifləndirici seminar keçirilib.
Bakı şəhəri 154 nömrəli tam orta məktəbdə təşkil olunan seminarda RGEM-in şöbə müdiri İqbal Səfərova, Suraxanı rayon GEM-in direktoru Arzu Quliyeva, tibb işçiləri, rayon səhiyyə mərkəzlərinin rəhbərləri və uşaq şöbələrinin həkimləri, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Seminarın keçirilməsinin əsas məqsədi kəskin respirator xəstəliklər barədə uşaq və yeniyetmələri məlumatlandırmaq, zərərli vərdişlərin insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında maarifləndirmə işi aparmaqdan ibarətdir.
Görüşdə uşaq və yeniyetmələrin icbari profilaktik tibbi müayinələrinin aparılması, məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərin fəsadları barədə məlumat verilib.
Həmçinin kəskin respirator və digər xəstəliklərdən qorunma üsulları, şagirdlərin məktəbə daxil olan zaman tibb bacısı tərəfindən dövri müayinədən keçirilməsinin vacibliyindən də bəhs olunub.
Sonda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
|
|
28.02.2024 | 12:23 | |
|
|
|