AzMİU müəlliminin Türkiyənin Uludağ Universitetində seminarları keçirilir

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) mühəndis kommunikasiya sistem və qurğularının tikintisi kafedrasının dosenti Aqşin Kərimov Türk Universitetlər Birliyi tərəfindən həyata keçirilən Orhun mübadilə proqramı çərçivəsində Türkiyədə səfərdədir.

 

Aqşin Kərimov Türkiyənin Bursa şəhərində yerləşən Uludağ Universitetində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan tələbələrə “Mühəndis kommunikasiya sistem və qurğularının tikintisi, su təchizatı sistemləri” mövzusunda seminarlar keçib. Seminarlarda mühəndis kommunikasiya sistemləri və su təchizatı istiqamətlərində Azərbaycanın təcrübəsi, yaradılan infrastruktur layihələri, həmçinin AzMİU-da aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib.

 

Bundan əlavə, A.Kərimov Uludağ Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələrinə Su təchizatı sistemləri mövzusunda dərslər keçib. Dərslərdə Uludağ Universitetinin inşaat fakültəsinin dekan müavinləri Murat Kankal və Mustafa Şenkaya da iştirak ediblər.

 

A.Kərimov səfər çərçivəsində Uludağ Universitetinin Hasan Öztimur inşaat fakültəsinin dekanı professor Adem Doğangünlə görüşüb. Görüşdə hər iki universitetin professor-müəllim heyətinin qarşılıqlı təcrübəkeçmə imkanları və əlaqələrin daha da genişlənməsi ilə bağlı məsələlər müzakirə edilib.

 



22.02.2024 | 15:09