“Sağlamlığı təşviq edən proqram”

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Sağlamlığı təşviq edən proqram” adlı maarifləndirici görüş keçirilib.

 

BMT-nun Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində keçirilən görüşün əsas məqsədi gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağıraraq onların təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etmək olub.

 

Tədbirdə iştirak edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, THİK-nın sədri Şahmar Rəfili, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnarə Makayeva və müdir müavini Zümrüd Kazımova təlimin mövzusu ilə bağlı tələbələri məlumatlandırıb, sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillərdən söz açıb, sağlamlığın qorunması istiqamətində vacib tövsiyələr veriblər.

 

Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



21.02.2024 | 14:11