Peşə təmayüllü siniflərin şagirdləri Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə Quba rayon Alekseyevka kənd tam orta məktəbinin peşə təmayüllü sinifləri Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.

        

Rayon Təhsil İdarəsindən verilən məlumata görə, şagirdlər institutun fəaliyyəti ilə tanış olub, prosesi yaxından izləyiblər.

        

Əsas məqsəd peşə siniflərində təhsil alan şagirdlərin istehsalat təcrübələrinin artırılması ilə onların gələcəkdə daha rahat iş tapmalarına şərait yaratmaqdan ibarətdir.

        

Qeyd edək ki, digər məktəblərin peşə təmayüllü siniflərinin də Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna, həmçinin regionda fəaliyyət göstərən digər istehsalat müəssisələrinə səfərləri nəzərdə tutulur.

 

Şakir CƏFƏROV

 



19.02.2024 | 17:18