Doqquzuncu nəsil “Intel Core” prosessorları | |
“Intel” şirkəti “Core” prosessorlarının doqquzuncu nəslini təqdim edib.
ria.ru saytının məlumatına görə, yeni istehsal xəttinin qabaqcıl prosessoru kimi şirkət tərəfindən ən yaxşı oyun prosessoru adlandırılan “Intel Core İ9-9900K” göstərilir. O, 3,6 QHs takt tezlikli 8 nüvədən və 5 QHs-dək sürətləndirilən 16 məlumat axınından ibarətdir.
Bu yaxınlarda “Core İ7” və “Core İ5” prosessorlarının doqquzuncu nəsli nümayiş edilib. Yeni “İ7-9700K” prosessoruna 3,6 QHs takt tezlikli 8 nüvə və 8 məlumat axını daxildir. “İ5-9600K” prosessoru isə 3,7 QHs takt tezlikli 6 nüvəyə və 6 məlumat axınına malikdir.
Şirkətin məlumatına görə, yeni prosessorlu sistemlər oyunlarda kadr tezliklərinin göstəricilərini 35-45 faiz artıracaq.
Yeni prosessorlar üçün ilkin sifarişlərin qəbuluna və pərakəndə satışlara oktyabrın 19-dan etibarən başlanılması nəzərdə tutulur. “Core İ5- 9600K” prosessorunun qiyməti 262, “Core İ7-9700K” prosessorunun 374, qabaqcıl “Core İ9-9900K” prosessorunun isə 488 dollar təşkil edir. |
|
28.10.2018 | 10:32 | |
|
|
|