“Bu günün oxucuları – sabahın qurucuları”

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Bu günün oxucuları – sabahın qurucuları” adı altında “Uşaq mütaliəsi festivalı” keçirilib. Layihənin məqsədi mütaliənin daha geniş miqyasda təbliğinə, kiçik yaşlılar və yeniyetmələrin mütaliə vərdişlərinin inkişaf etdirilməsinə nail olmaqdır. Tədbirin açılışında MKS-nin direktoru Yeganə Əhmədova, Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazarlar çıxış ediblər.

      

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi və Mərkəzi Uşaq  Kitabxanası oxucularının ifasında səhnəciklər nümayiş olunub, şeirlər səslənib. Nizami Gəncəvi adına Kitabxana-klubun rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgi təqdim olunub. C.Cabbarlı adına Mədəniyyət evi solistlərinin, “Turan” rəqs qrupu üzvlərinin çıxışları tədbirə xoş ovqat qatıb.



27.10.2018 | 14:27