Adi lövhə və təbaşirin köməyi ilə müasir dərs | |
Qanadan olan kənd müəllimi adi lövhə və təbaşirin köməyi ilə də informatika dərsinin tədrisinin mümkün olduğunu nümayiş etdirib. 35 yaşlı Riçard Alia Akoto özünün Facebook səhifəsində yerləşdirdiyi məlumatda şagirdlərinə Microsoft Word mətn redaktoru barədə söylədiklərindən bəhs edib. Mətni təbaşirlə lövhəyə təsvir edən müəllim tez bir vaxtda bütün dünyada məşhurlaşıb. Daha sonra o, izah edib ki, məqsədi uşaqları informatika üzrə imtahana hazırlaşdırmaqdır, lakin dərs dediyi məktəbdə bir dənə də olsa, kompüter yoxdur. Buna görə də lövhədə mətn redaktorunu təsvir etməyə, menyüdəki hər bir işarənin mənasını izah etməyə məcburdur ki, şagirdləri kompüterlə ilk görüşə hazır olsunlar.
Şəkillərin sosial şəbəkədə yayılmasından iki həftə sonra Microsoft şirkəti tədris prosesində istifadə etməsi üçün qanalı müəllimə fərdi kompüter hədiyyə etdiyini xəbər verib.
Oruc Mustafayev
|
|
09.03.2018 | 17:00 | |
|
|
|