Məktəblilər ana dili mövzusunda müzakirə aparacaqlar

Paytaxt məktəbliləri Beynəlxalq Ana Dili Gününə həsr olunmuş müzakirələrdə iştirak edəcəklər.

 

"Məktəblilər “Ədibin Evi”ndə" layihəsi çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti görüşə Bakı şəhəri 13 nömrəli tam orta məktəbin şagirdləri qatılacaqlar.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə həyata keçirilən layihəyə çərçivəsində müvafiq mövzu ilə bağlı şagirdlər interaktiv tapşırıqlar yerinə yetirəcəklər.

 

Qeyd edək ki, "Məktəblilər “Ədibin Evi”ndə" layihəsinin həyata keçirilməsinin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.

 

 



15.02.2024 | 15:07