Polşada UniClad layihəsi çərçivəsində rəhbər heyətin görüşü olub | |
Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu Avropa Birliyinin “Erasmus+KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində rəhbər heyətin növbəti görüşü Polşanın Poznan Həyat Elmləri Universitetində (PULS) keçirilib.
Rəhbər heyətin görüşündə layihənin AzTU üzrə koordinatoru, elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov iştirak ediblər.
Görüşdə layihə çərçivəsində görülən işlər barədə məsul şəxslərin hesabatları dinlənilib, mövcud çətinliklər və görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı Avropanın tərəfdaş universitetlərində keçiriləcək təlim kursları barədə qərarlar qəbul olunub. Həmçinin AzTU-nun magistr və doktorant tələbələrinin Avstriyanın Vyana şəhərində bir aylıq təlim kursu keçməsi qərara alınıb.
Bundan başqa, layihə çərçivəsində rəhbər heyətin növbəti görüşlərindən birinin 2024-cü ilin sentyabr-oktyabr aylarında Azərbaycanda təşkili barədə razılığa gəlinib. Həmçinin layihənin bağlanış konfransının da bu ilin noyabrında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.
|
|
06.02.2024 | 10:46 | |
|
|
|