| Rusiyalı kosmonavt kosmosda qalma müddətinə görə dünya rekordunu qırıb | |
| Rusiyalı kosmonavt Oleq Kononenko kosmosda 878 gün qalaraq dünya rekordunu təzələyib. 
 Bu barədə “TASS” məlumat yayıb. 
 59 yaşlı O.Kononenko kosmosda 878 gün qalaraq 2015-ci ildə dünya rekorduna imza atmış rusiyalı Gennadi Padalkanı geridə qoyub. 
 Qeyd edək ki, O.Kononenko 2008-ci ildən Beynəlxalq Kosmik Stansiyaya beş səyahət edib. 
 Azərtac 
 | |
|   | 05.02.2024 | 15:14 | 
|  | |
|  | |