“İnfektologiyanın aktual problemləri” mövzusunda rezidentlərin növbəti seminarı keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) yoluxucu xəstəliklər kafedrasında tədris hissə müdiri dosent Vüqar Cavadzadənin təşkilatçılığı ilə “İnfektologiyanın aktual problemləri” mövzusunda rezidentlərin növbəti seminarı keçirilib.

 

Seminarı giriş sözü ilə açan kafedra müdiri dosent Cəlal İsayev belə seminarların rezidentlərin gələcəkdə klinik mütəxəssis kimi yetişməsində çox böyük rol oynadığını bildirib. O, indiyədək keçirilən seminarları yüksək qiymətləndirərək, bu tədbirlərin rezident və tələbələrin tədris-təcrübəni daha dərindən mənimsəmələri üçün önəmli olduğunu vurğulayıb. C.İsayev əlavə edib ki, kafedrada rezident və magistrantlara, eləcə də onların kurator və elmi rəhbərlərinə rahat şərait yaradılıb və daim dəstək verilir.

 

Sonra tədbirdə çıxış edən rezidentlər fəaliyyət göstərdikləri klinikalarda tək-tək təsadüf edilən və atipik gedişə malik xəstələr üzərində apardıqları müşahidələrinin nəticələri haqqında məlumat veriblər. Onların çıxışları kafedra əməkdaşları və rezidentlər tərəfindən maraqla qarşılanıb, geniş müzakirələrə səbəb olub.

 



05.02.2024 | 10:28