“Təhsillə zirvəyə”

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 8-10-cu sinif şagirdlərindən ibarət yığma komandalar arasında “Təhsillə zirvəyə” adlı İntellektual bilik yarışı keçirilib. Yarış şəhid müəllimlər - Emil Qurbanov və Etiram Hüseynovun əziz xatirələrinə həsr olunub.

        

Regional Təhsil İdarəsindən bildirilib ki, İntellektual bilik yarışında Astara rayonu-“Cənub mirvarisi”, Cəlilabad rayonu-“Bozqurd”, Lerik rayonu-“Şanlı Azərbaycan”, Lənkəran rayonu-“Mübariz”, Masallı rayonu-“Patriot”, Yardımlı rayonu-“Zəfər” komandası ilə təmsil olunub.

        

3 mərhələdən ibarət yarışın yekun nəticəsinə görə “Bozqurd” komandası IV yerə, “Zəfər” komandası III yerə, “Cənub mirvarisi” komandası II yerə və  “Mübariz” komandası I yerə layiq görülüb.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri və şəhid müəllimlərin həyat yoldaşları tərəfindən qalib komandalara fəxri fərmanlar və medallar təqdim olunub.

                                                                 

Şakir CƏFƏROV



01.02.2024 | 15:08