Dərslik ekspertləri ilə görüş | |
Yanvarın 30-da STEAM İnnovasiya Mərkəzində dərslik ekspertləri ilə görüş keçirilib. Görüşdə ümumi təhsil pilləsi üzrə 2023–2024-cü tədris ili üçün hazırlanmış dərsliklərin qiymətləndirmə nəticələri, tədris ilinin birinci yarısı ərzində müəllimlərdən daxil olmuş əks-əlaqə və nailiyyətlər müzakirə edilib. Növbəti tədris ilinə təkmilləşdirilməli və yeni hazırlanmalı dərsliklərin ekspertizasının gedişatı təhlil edilib, həmçinin təkliflər dinlənilib.
|
|
30.01.2024 | 17:45 | |
|
|
|