Gənc müəllimlər teatr tamaşalarında

2 Fevral-Azərbaycan Gəncləri Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi gənc müəllimlərlə birgə müxtəlif tamaşalarda iştirak edirlər.

 

BŞTİ və Azərbaycan Gənc Müəllimlər Assosasiyasının birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi gənc müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və mədəni istirahətlərinin təmin olunmasından ibarətdir.

 

Gənc müəllimlər müxtəlif günlərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət “Yuğ” Teatrı və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tamaşaları izləyirlər.

 

Qeyd edək ki, tamaşaların izlənilməsi fevralın 3-dək davam etdiriləcək.

 

 



29.01.2024 | 13:08