“Müasir idarəetmə və yeni meyllər” mövzusunda interaktiv müzakirə | |
Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi və “Yola Davam: Birlik Platforması”nın təşkilatçılığı ilə “Müasir idarəetmə və yeni meyllər” mövzusunda interaktiv müzakirə keçirilib.
AzTU-da keçirilən interaktiv müzakirə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova və universitet tələbələrinin iştirakı ilə təşkil olunub.
Görüşdə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində idarəetmə sahəsində həyata keçirdiyi islahatlar, gənclər siyasəti, ölkəmizin gələcək inkişaf konsepsiyası üzrə atılacaq addımlar və gənclərin bu prosesdə iştirakından söhbət açılıb.
Spikerlər, eyni zamanda təcrübələrinə əsaslanan müasir idarəetmə metodlarından və bu istiqamətdə yeni yanaşmalardan da danışıblar.
Məlumat üçün bildirək ki, “Yola Davam: Birlik Platforması” Azərbaycanda son 20 ili əhatə edən dövrdə həyata keçirilən islahatlar, ölkənin inkişaf transformasiyası və "Yola Davam" şüarı əsasında gələcəyə baxışı əks etdirən interaktiv müzakirələrin həyata keçiriləcəyi bir platformadır.
|
|
29.01.2024 | 13:03 | |
|
|
|