“Təhsil və karyera” sərgisi keçirilib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində CASA Kulinariya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində “Təhsil və karyera” sərgisi keçirilib.

 

Turizm istiqaməti üzrə təhsil alan 400 nəfərədək peşə təhsilli məzun və tələbənin iştirak etdiyi sərginin keçirilməsində məqsəd işəgötürənlərin ehtiyaclarına uyğun kadr tapmasına və peşə təhsil müəssisələri məzunlarının işlə təminatına dəstək olmaqdır.

 

Tədbirdə HORECA sektoru üzrə 24 işəgötürən müəssisə tərəfindən məzunlara 100 vakansiya təqdim edilib. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib. Uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.  

 

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. 

 

 



29.01.2024 | 10:16