Gənc alim yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır | |
Bakı Dövlət Universitetinin (BDU) gənc alimi yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır. BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlının həmmüəllifi olduğu “Günəş elementləri kimi MAPbX3 (X=I-, CL-, BR-) strukturlarının sabitliyinin molekulyar-dinamik modelləşdirilməsi” (“Molecular-dynamics modeling of structural stability of MAPbX3 (X=I-, CL-, BR-) as solar cells elements”) adlı məqaləsi “Ovonic Research” jurnalında (IF: 1.165) dərc olunub.
İşdə hibrid üzvi/qeyri-üzvi perovskit strukturlarının nazik təbəqələr şəklində formalaşması üsulları və onların dayanıqlılığı öyrənilib. MAPbX3 (X=I-, CL-, BR-) hibrid üzvi/qeyri-üzvi perovskitlər əsasında materialların nəzəri təhlilini aparmaq üçün molekulyar-dinamik simulyasiya yanaşmasından istifadə edilib. Tədqiqat işində müxtəlif modelləşmə üsulları ilə perovsikitlərin çevik və sərt birləşmə modelləri, eyni zamanda istilik prosesinin struktura təsiri ətraflı şəkildə təhlil edilib.
|
|
24.01.2024 | 17:04 | |
|
|
|