UFAZ-ın magistraturasına 110 yer ayrılıb | |
Azərbaycan-Fransız Universitetində (UFAZ) 2024/2025-ci tədris ili üçün magistraturaya sənəd qəbulunun birinci mərhələsi hazırda davam edir.
UFAZ-dan bildirilib ki, sənəd qəbulunun 1-ci və ya 2-ci mərhələsində şərti qəbul olmuş namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş magistratura imtahanında (minimum ingilis dilini bilməklə) 50-dən çox bal topladıqları halda UFAZ-ın magistraturasına qəbul oluna bilərlər (dil balı 20). Bakalavr səviyyəsindən UFAZ-a qəbul olmaq istəyən, təhsili ingilis dilində (Azərbaycan və ya rus dilində) olmayan namizədlər üçün IELTS-dən minimum 6,5 və ya TOEFL-dən 80 bal tələb olunur. Bakalavr təhsilini ingilis dilində bitirmiş namizədlər bunu təsdiqləyən sənəd təqdim etməlidirlər.
Magistraturaya, ümumilikdə 110 yer ayrılıb və bütün yerlər ödənişsizdir. Sənəd qəbulunun birinci mərhələsi 5 noyabr 2023-cü il tarixində başlayıb və 30 yanvar 2024-cü il tarixinədək davam edəcək. Birinci mərhələnin nəticələri fevralın 15-də elan olunacaq. Onlayn qeydiyyat və sənəd qəbulu, Qəbulun ikinci mərhələsi 2024-cü il aprelin 1-dən aprelin 30-dək keçiriləcək və nəticələr 15 may 2024-cü il tarixində elan ediləcək.
Qeyd edək ki, UFAZ magistraturaya dörd ixtisas istiqaməti üzrə qəbul həyata keçirir:
● Məlumat Elmləri və Süni İntellekt ● Fiziki Kimya/Kimya Mühəndisliyi ● Geologiya elmləri ● Su Ehtiyatları və İdarəetmə
|
|
23.01.2024 | 15:42 | |
|
|
|