Öncə bacarıqlar | |
İstedadı işə götürmək və inkişaf etdirmək üçün 6 uğur faktoru
Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumunda mühüm müzakirə mövzularından biri təhsil sistemləri və sənayelər üçün əhəmiyyət kəsb edən istedadların əmək bazarında yeni iş yerlərinə cəlb olunması və bacarıqlarının formalaşdırılması ilə bağlıdır. Forum qeyd edir ki, istedadlara, ilk növbədə, bacarıq yanaşması əmək boşluqlarını aradan qaldıra və işçiləri gələcəkdə iş yerlərini itirməmək üçün zəruri bacarıqlarla təchiz etməklə inkişafını sürətləndirə bilər.
Dünya İqtisadi Forumunun “Bacarıqları birinci yerə qoymaq” adlı yeni hesabatına əsasən, bacarıqların önə qoyulması səmərəli və ədalətli əmək bazarlarının necə qurulacağını araşdırır. Hesabata görə, Avropada təxminən 30 işdən biri hazırda doldurulmamış qalır (2,9%), bu, indiyə qədə ən yüksək göstəricidir.
Bu arada ABŞ – da müvafiq bacarıqların olmaması səbəbindən 3 milyondan çox amerikalı iş yerini itirib. Lakin yeni bacarıqlar tələb edən 9 milyon vakansiya var.
İstedad çatışmazlığı və məhdud iş bazarları iqtisadi artıma təsir göstərir. 10 müəssisədən 6-sı yerli iş bazarında bacarıq çatışmazlığının biznes və ya digər fəaliyyətlər üzrə inkişafa mane olduğunu söyləyir. İşçilərin yarıdan çoxu (58%) yaxın 5 ildə onların işləməsi üçün tələb olunan bacarıqların əhəmiyyətli dərəcədə dəyişəcəyinə inanır.
Sənayelərin əksəriyyəti istedada çıxışı onu saxlamaq və inkişaf etdirməkdən daha böyük problem kimi qəbul edir: müəssisələrin yalnız 39%-i növbəti 5 ildə istedadların mövcudluğu ilə bağlı müsbət proqnozlar bildirir, bu göstərici onların saxlanması üzrə 53% və inkişafı üçün 77% təşkil edir.
İstedad çatışmazlığı xüsusilə təchizat zənciri və nəqliyyat, səhiyyə, istehsalat və pərakəndə sənayelər üçün daha qabarıq məsələdir.
İstedada “bacarıqlar” prizmasından yanaşma
İstedadları seçmək və inkişaf etdirmək üçün, ilk növbədə bacarıqlara yönəlmiş yanaşma bacarıq boşluqlarını aradan qaldırmaq və işçi qüvvəsi çatışmazlığını azaltmaq yollarından biridir.
Hesabatda deyilir: “İşəgötürənlər tələb olunan bacarıqların göstəriciləri kimi təhsil nailiyyətlərinin və əvvəlki təcrübələrin istifadəsinə yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər, bu yanaşmalar istedad çatışmazlığını davam etdirər, iş yerində son dərəcə dəyərli olacaq bir çox insanı diqqətdən kənarda qoya bilər”.
Hesabatda bacarıqlara əsaslanan yanaşmaların işçilər və işəgötürənlər üçün ən çox gəlir gətirə biləcəyi 6 fürsət sahəsi müəyyən edilib. Hesabat, həmçinin bacarıq yönümlü yanaşmanı həyata keçirmək üçün aparıcı müəssisələr, hökumətlər və təhsil müəssisələri tərəfindən həyata keçirilən uğurlu siyasət və təşəbbüslərin nümunələrini təqdim edir.
Aparıcı təşkilatlardan bacarıqlara yanaşmada əldə edilən 6 əsas tapıntı.
1. Rəhbərlik tərəfindən sponsorluq Rəhbərlik, ilk növbədə, bacarıqlara əsaslanan yanaşmaları təsdiq etməli və modelləşdirməlidir. Biznes funksiyaları bacarıq məzmununa sahib olmalıdır. Rəhbərlik öyrənmə və inkişafın biznesə təsirini izləmək üçün bacarıqlar üzrə məlumatları, həmçinin bacarıqlardakı boşluqları diqqətdə saxlamalıdır. Liderlər hesabatlı olmalı və bacarıqlara əsaslanan yanaşmaların tətbiqi ilə bağlı əsaslı qərarlar qəbul etməlidirlər.
2. Biznes ehtiyaclarına uyğunlaşma Bir çox müəssisələr biznesin transformasiyası və məhsuldarlığın yüksəldilməsinə mane olan səriştə çatışmazlığı, bacarıq boşluqları problemləri ilə üzləşirlər. Bacarıqlara əsaslanan yanaşmalara, ilk növbədə insan resurslarının idarə olunması layihəsindən daha əhəmiyyətli məsələ kimi baxmaq vacibdir. Onlar biznesinizi dəyişdirməyin açarıdır. Effektiv olmaq üçün, ilk növbədə bacarıq strategiyaları praktiki biznes ehtiyaclarına və bazar prioritetlərinə əsaslanmalıdır. Bacarıq ölçülərini daha yaxşı məhsuldarlıq və daha səmərəli işəqəbul təcrübələri kimi geniş təşkilati məqsədlərlə əlaqələndirərək, işçi qüvvənizin bütün potensialını aça bilərsiniz.
3. Effektiv kommunikasiyanın köməyi ilə liderlik Bacarıqlara əsaslanan strategiyaların həyata keçirilməsi sürətli proses deyil. Bu dəyişikliyi uğurla idarə etmək üçün müntəzəm ünsiyyət başlıca əhəmiyyət daşıyır. Həm rəhbərlik, həm də işçilər üçün bacarıqların inkişafı ilə məşğul olmağın faydalarını başa düşmək vacibdir. Biznesin müxtəlif hissələrini təmsil edən dəyişiklik tərəfdarları və həmfikirlilər şəbəkəsinin yaradılması proqramın tərəfdarlarına dəstək və təşəbbüs qrupunun yaradılmasına kömək edir.
4. İterasiya üçün məlumat və qiymətləndirmə Bacarıqlara yönəlik səylərində aparıcı müəssisələr bacarıq boşluqları, aktiv istifadəçilər, təlim saatları, kursların başa çatma göstəriciləri, habelə daxili və xarici hərəkətlilik kimi mühüm göstəriciləri izləyir. Bu məlumatlar həm işçilərə, həm də işəgötürənlərə hansı bacarıqların çatışmadığını başa düşməyə və bu boşluqları doldurmaq üçün səmərəli yollar tapmağa kömək edir. Təşkilatlar davamlı təkmilləşdirmə üçün standartlaşdırılmış formalar və maraqlı tərəflərlə müntəzəm görüşlər vasitəsilə rəylər toplayırlar. Onlar, həmçinin gələcək inkişafı tələb edən sahələri müəyyənləşdirmək üçün xarici audit və daxili qiymətləndirmə aparırlar.
5. Genişləndirmə üçün texnologiyalardan istifadə
Təşəbbüslər adətən hədəf pilot layihələrlə başlayır. Lakin bacarıqların şəffaflığını və görkəmini artırmaq üçün texnoloji platformaları və vasitələri bütün işçilər üçün əlçatan etmək olduqca vacibdir. Aparıcı müəssisələr adətən bacarıqları izləmək və bacarıqlardakı boşluqları aşkar etmək üçün tədarükçülər tərəfindən fərdi və ya inteqrasiya edilmiş texnologiyalardan istifadə edirlər. Bu bacarıq profilləri daha sonra daha geniş miqyasda ixtisasların artırılması və ya yenidən ixtisaslaşma təşəbbüsləri ilə əlaqələndirilir. Bu prosesə görə həm biznes funksiyaları, həm də kadr şöbələri məsuliyyət daşıyır, onun praktikliyini və aktuallığını təmin edir. Təşkilatlar genişləndikcə çoxsaylı işçilərin bacarıqlarında boşluqların izlənilməsi etik, təhlükəsiz və etibarlı süni intellektə görə asanlaşdırıla bilər. 6. Hökumətlərin və təhsil sektorunun liderliyi
İşəgötürənlərin, eləcə də daha geniş təhsil sistemlərinin və dövlət sektorunun bacarıqlara yönəlmiş yanaşmalardan istifadə etmələri son dərəcə vacibdir. Bu yanaşmaları qəbul etməklə biz ənənəvi sistemləri tamamlaya, iqtisadiyyatımızda istedadlara olan ehtiyacları ödəyə və gələcək işçi qüvvəsinə sərmayə qoya bilərik. Oruc MUSTAFAYEV
|
|
23.01.2024 | 11:27 | |
|
|
|