Çap maşını klaviaturalı noutbuk təqdim edilib | |
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yeni “Samsung Notebook Flash” portativ kompüter modelini təqdim edib. Qurğunun fərqləndirici cəhəti retro üslubunda dizayn və ən yeni simsiz rabitə standartlarının dəstəklənməsidir.
planet-today.ru saytının məlumattına görə, “Samsung Notebook Flash” noutbukunun klavişləri xarici görünüşünə görə çap maşınını xatırladır. Daha bir maraqlı detal isə iş paneli örtüyünün əllə toxunduqda parçaya oxşamasıdır.
Noutbuk aparat platformasına görə də çap maşınlarına bənzəyir. O, qənaətcil “Intel Pentium N5000” prosessoru və 4 giqabaytlıq operativ yaddaşla təchiz edilib. Sərt diskin həcmi 128 giqabayt, “Full HD” ekranın diaqonalı isə 13,3 düym təşkil edir. Qurğu məlumatları 1,7 Qbit/san sürətlə ötürməyə imkan verən “Wi-Fi” modulu, eləcə də “Bluetooth 5.0” adapteri ilə təchiz olunub.
Cənubi Koreya bazarında qiyməti, təxminən, 700 dollar təşkil edəcək noutbukun çəkisi 1370 qramdır. Qurğunun avtonom iş müddəti barədə məlumat verilmir.
|
|
25.10.2018 | 14:34 | |
|
|
|