BANM-ın 12 tələbəsi təhsillərini Avropa ölkələrində davam etdirəcək

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrində Almaniya, Bolqarıstan, İspaniya, Polşa və Türkiyə universitetlərində təhsil alacaq.

 

BANM-ın rektoru Elmar Qasımov Erasmus+KA107 və mübadilə proqramları ilə təhsillərini davam etdirəcək 12 tələbə və valideynləri ilə görüşərək, onlara uğurlar arzulayıb. Rektor tələbələrə Azərbaycanı, BANM-ı Avropa ölkələrində yüksək səviyyədə təmsil etməyi tövsiyə edib.

 

Qeyd edək ki, proqramdan yararlanmaq imkanı əldə etmiş tələbələr “Kompüter mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Neft-qaz mühəndisliyi”, “Biznesin idarə edilməsi”, “Kimya mühəndisliyi” ixtisaslarının 3-cü və 4-cü kurslarında təhsil alırlar. 

 

 

 



23.01.2024 | 10:00