Təhsilin aktual məsələləri müzakirə olunur

Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin metodbirləşmə sədrləri ilə görüşlər keçirilir.

 

Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən təşkil olunan görüşlərin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbin fəaliyyətində səmərəliliyin artırılması, təhsil müəssisələrində sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılmasından ibarətdir.

 

Bakı şəhəri üzrə 12 inzibati rayonda keçirilən görüşlərdə qarşıda duran vəzifələr müzakirə olunur və təkliflər hazırlanır.

 

Görüşlərdə Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, təhsil müəssisələrində görülən işlər, metodbirləşmələrin fəaliyyətinin səmərəli təşkili,müəllimlərin yaradıcılıq işləri, sənədləşmə, qarşılıqlı dərsdinləmələri, kiçik və böyük summativ  qiymətləndirmələrin keçirilmə müddəti və digər müzakirəsi vacib aktual məsələlərə toxunulur. Qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılır və müvafiq təkliflər irəli sürülür.

 



25.10.2018 | 12:28