Pedaqoji Universitetdə 20 Yanvar şəhidləri anılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilib.

   

ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında keçirilən anım tədbirində universitet rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbirdə çıxış edən ADPU-nun ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov Qanlı Yanvar  haqqında ətraflı məlumat verərək hadisələrin xalqımızın azadlıq mübarizəsi tarixində müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib.

 

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri dosent Dəyanət Musayev 20 Yanvar hadisələrindən sonrakı proseslər haqqında fikirlərini söyləyib, hadisəyə düzgün siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyev faktorunun rolunu vurğulayıb.

 

 



19.01.2024 | 18:56