Ümumi və tam orta təhsil səviyyələri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və təhsilalanların biliyinin yekun qiymətləndirilməsi modelini dərc edib. 

 

DİM-dən bildirilib ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılışda isə qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və balların hesablanma qaydası dərc olunub. 

 

Jurnallarda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, www.abiturient.az saytında müvafiq audiofayllar yer­ləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnallarda verilən tapşırıqları yerinə yetirə bilər. Bundan əlavə, jurnalda verilən "QR" kodu "skan" etməklə müvafiq audiofayla birbaşa keçid edə və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərsiniz. 

 

Jurnalları kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

 

 



19.01.2024 | 16:06