Elm və təhsil naziri Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Yanvarın 17-də elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 

 



17.01.2024 | 18:41