"Yaşıl UNEC”

2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə” elan edilməsi nəzərə alınaraq, Azərbaycan Dövlət İqtisad Universitetində bu il “Yaşıl UNEC” ili olacaq.

 

Ali məktəbdən bildirilib ki,  "Yaşıl UNEC” ili çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planının müzakirəsi məqsədilə UNEC rektoru professor Ədalət Muradov müvafiq strukturların, eləcə də tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb.

 

Müzakirələr aparıldıqdan və yeni təkliflər səsləndirildikdən sonra 6 məqsəd və 30-a yaxın müxtəlif tədbir, eləcə də layihəni əhatə edən Tədbirlər Planı təsdiqlənib. Həmçinin “Yaşıl UNEC loqosu” da “Yaşıl UNEC İli”nin rəmzi kimi qəbul edilib.

 

 



17.01.2024 | 13:00