MDU-da növbəti “Açıq qapı” günü

Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

 

Hibrid formatda təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin akademik heyət üzvləri də iştirak ediblər.

 

Rektor Ş.Bayramov imtahan sessiyasının daim diqqətdə saxlanıldığını, imtahanların obyektivliyinin və şəffaflığının təmin edilməsini vurğulayaraq tələbə və magistrantlara uğurlar arzulayıb.

 

Görüşdə müəyyən təkliflər ilə çıxış edən tələbələr, imtahanların ədalətli keçirilməsinə görə rektor Şahin Bayramov başda olmaqla, professor-müəllim heyətinə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, MDU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günləri həftədə bir dəfə olmaqla, hibrid formada keçirilir. Tələbə və magistrantlar, həmçinin onların valideynlərinin yarana biləcək suallarının cavablandırılması, təkliflərinin dinlənilməsi məqsədi daşıyan “Açıq qapı” günlərinin imtahan sessiyasının sonunadək keçirilməsi nəzərdə tutulur.

 



17.01.2024 | 10:00