Türkiyəli professorun AZTU-da seminarı

Türkiyənin Qazi Universitetinin texnologiya fakültəsinin professoru Ferhat Gül Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

 

Səfər çərçivəsində o, metallurgiya və materialşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinə “Tökmə istehsalında in­no­vativ texnologiyalar” mövzusunda seminar keçib. Seminarda yüksək möhkəm çuqunların müasir istehsal texnologiyaları haqqında ətraflı məlumat verilib.

 

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

 

 



12.01.2024 | 10:50