Tələbələr beynəlxalq elmi-praktik konfransın I dərəcəli diplomuna layiq görülüblər | |
Rusiya Federasiyasının Tümen Sənaye Universitetinin təşkilatçılığı ilə Sənaye Texnologiyaları və Mühəndislik İnstitutunun 15 illiyinə həsr olunmuş D.İ. Mendeleyev adına beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbələri Şamil Fərzalızadə və Elnur İslamov bu konfransda “Tullantı sularının təmizlənməsində gələcək tətbiq üçün PSI və onun törəmələrinin sintezi” (Synthesis of PSI and its derivatives for the future application in wastewater treatment) mövzusu ilə uğurla çıxış edərək birinci dərəcəli diplomla təltif olunublar.
Tələbələrin elmi rəhbəri BANM-ın kimya mühəndisliyi kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Aysel Məmmədovadır.
Konfransın materialları www.elibrary.ru saytında Rusiyanın Elmi Sitat İndeksinin (RSCI) məlumat bazasına yerləşdiriləcək.
|
|
11.01.2024 | 10:37 | |
|
|
|