ADU-da 7567 bakalavr, 635 magistr imtahan verəcək

Azərbaycan Dillər Universitetində (ADU) 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

Universitetdən bildirilib ki, bakalavriatura səviyyəsində 7567, magistratura səviyyəsində isə 635 tələbə imtahan verəcək.

 

Bu il ADU tarixində ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilib. Universitetin iki korpusunda eyni vaxtda 300 tələbə imtahan verib.

 

İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib.

 

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb.

 

Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif ,  Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

 

Sessiya fevralın 5-dək davam edəcək.

 

 



09.01.2024 | 11:53