UNEC-in 14 tələbəsi Montpellier Universitetində təhsillərini davam etdirir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 14 tələbəsi hazırda ikili diplom proqramı ilə Fransanın Montpellier Universitetində təhsillərini davam etdirir.

 

Ali məktəbdən bildirilib ki, tələbələr  III kursu Montpellier Universitetində, IV kursu isə UNEC-də oxuduqdan sonra hər iki universitetin diplomunu əldə edəcəklər.

 

Qeyd edək ki, Montpellier Universiteti ilə ikili diplom proqramından indiyədək 78 UNEC tələbəsi məzun olub.

 

 



08.01.2024 | 18:12