“İbtidai təlimdə motivasiya”

ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayev və  Bərdə rayonu Ələddin Dadaşov adına Xanagali kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim  Nərgiz Həsənovanın birlikdə  hazırladıqları “İbtidai təlimdə motivasiya” adlı kitab  işıq üzü görüb. Kitab Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

 

Kitabın elmi redaktoru, professor Fərrux Rüstəmov,  rəyçilər isə  ADPU-nun professorları Müseyib İlyasov və  Qızxanım Qəhrəmanovadır.

 

Kitabda  qeyd olunur ki,  motivasiya - özünü və başqalarını şəxsi və ya ictimai məqsədlərə nail olunması üçün fəaliyyətə yönəltmə prosesidir. Eyni zamanda motivasiya təlim prosesində dərsin vacib komponenti kimi şagirdlərin idrak fəallığına təkan verən səbəbdir.

 

Tərtib olunmuş vəsaitdə ibtidai təlimdə motivasiya ilə əlaqədar zəruri mənbələr üzrə nəzəri və praktik məsələlər təsbit olunub. “İbtidai təlimdə motivasiya” kitabının təhsilverənlər üçün faydalı olacağına ümid edirik.

 

Şakir CƏFƏROV



29.12.2023 | 14:13