“Biologiyanın müasir problemləri” | |
Oktyabrın 23-də Sumqayıt Dövlət Universitetində “Biologiyanın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov, AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev və ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak ediblər.
Konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açaraq ölkəmizdə biologiya sahəsində əldə olunan nailiyyətlərdən və bu elmin yeni inkişaf istiqamətlərindən bəhs edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev ölkədə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. . Prorektor onu da qeyd edib ki, bu gün ölkəmizdə elmi potensialın formalaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu layihələr gerçəkləşir, gənclərin nurlu gələcəyinə yeni üfüqlər açılır.
Konfransda AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktor müavini fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev “Azərbaycanda uzunömürlülük fenomeni: demoqrafik və tibbi-bioloji aspektləri”, AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Azərbaycanın mikobiotası: müasir vəziyyəti və problemləri”, SDU-nun Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Arzu Baxşalıyev “Bitki tullantılarının utilizasiyasında mikroorqanizmlərin rolu” mövzularında məruzə ediblər.
Konfrans işini “İnsan və heyvan fiziologiyası.Bitki fiziologiyası”, “Biokimya, Biofizika. Molekulyar biologiya. Genetika”, “Zoologiya. Ekologiya. Torpaqşünaslıq”, “Botanika. Mikrobiologiya. Mikologiya”, “Biologiyanın tədrisi metodikası” bölmələrində davam etdirib.
Oktyabrın 24-də başa çatacaq konfransa 146 tezis daxil olub, konfrans materialları toplu şəklində çap olunub.
|
|
23.10.2018 | 18:47 | |
|
|
|