İstanbul Aydın Universitetinin təsisçisi ADU-da olub | |
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydınla görüşüb.
Qonağı rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu deyən rektor ADU haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, universitetdə 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Əsas Avropa dilləri ilə yanaşı, Çin, yapon, Koreya, ərəb və s. dillər tədris olunur. ADU-nun beynəlxalq əlaqələri genişlənir. Universitetin təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın rəhbərlik etdiyi universitetin Azərbaycan universitetləri, eyni zamanda Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu deyib, dillərin tədrisində ADU-nun potensialını yüksək qiymətləndirib.
Qonaq ADU-nun ilk dəfə beynəlxalq reytinqdə “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olmasını böyük uğur kimi dəyərləndirib.
Daha sonra digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
|
|
27.12.2023 | 13:41 | |
|
|
|