ADMİU tələbəsi teatr festivalında qalib olub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Qırğızıstanda keçirilən VIII "Yeni isimlər" tələbə tamaşaları teatr festivalında iştirak ediblər.

 

Festivala onlayn şəkildə qatılan ADMİU-nun “Dram teatrı və kino aktyoru” ixtisası üzrə təhsil alan tələbələri Tuncer Cücənoğlunun “Uçqun” psixoloji dramı ilə uğurla çıxış ediblər.

Tamaşada gənc qadın rolunu canlandıran Ləman Səlimova festivalın "İkinci planda ən yaxşı qadın rolu" nominasiyası üzrə qalibi olub.

 

Kursun rəhbəri Əməkdar artist dosent Yaqut Paşazadədir.

 



26.12.2023 | 12:21