Tacikistan Respublikasının nümayəndə heyəti Aqrar Universitetdə olub

Tacikistan Respublikası Hökuməti yanında Ərzaq Təhlükəsizliyi Komitəsinin nümayəndələri ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.


Nümayəndə heyətinin tərkibində Tacikistan Hökuməti yanında Ərzaq Təhlükəsizliyi Komitəsinin sədr müavini Rano Karimzoda, Komitənin Fitosanitariya, bitkilərin karantini və toxumçuluğu şöbəsinin müdir müavini Gülbahor Tumanova, sədrin köməkçisi Saifullo Nurullozoda, Qida Təhlükəsizliyi Komitəsi yanında Milli Epizootologiya Mərkəzinin baş mütəxəssisi Məhmədəli Şəripov, Milli Texniki Koordinator İbrahim Əhmədov və FAO eksperti Eldar Mohumayev olub.


Qonaqlarla görüşən universitetin rektoru Zəfər Qurbanov onlara ADAU-nun maddi-texniki bazası və həyata keçirilən beynəlxalq layihələri haqqında ətraflı məlumat verib.
 

Həmçinin, qarşılıqlı əməkdaşlıq perspektivləri və birgə həyata keçirilə biləcək layihələr barədə də müzakirələr aparılıb.
 

Sonda qonaqlar universitetin maddi-texniki bazası və müasir laboratoriyaları ilə yaxından tanış olublar.



26.12.2023 | 11:11