UNEC-də 74 fənn üzrə dərslər hibrid formada aparılacaq | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sonuncu Elmi Şura iclasında yeni qərarlar qəbul olunub.
İclasda İmtahan Mərkəzinin direktoru dosent Söhrab İsayev 2023/2024-cü tədris ilinin payız semestrinin ara qiymətləndirmə imtahanlarının yekunları və qış imtahan sessiyasına hazırlıq barədə hesabatla çıxış edib. Bildirib ki, aralıq imtahanların 456-sı yazılı və 302-si test imtahanı olmaqla keçirilib. İmtahanlarda qaydaların pozuntusu hallarının təqribən üç dəfə azaldığı müsbət hal kimi qiymətləndirilib.
Tədris üzrə prorektor dosent Gəray Musayev isə hibrid formada təşkil ediləcək fənlərin siyahısının artırıldığını, siyahıya yeni 32 fənnin əlavə olunduğunu deyib. Ümumilikdə isə 74 fənn üzrə dərslərin hibrid formada aparılacağını diqqətə çatdırıb.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Şuranın qərarı ilə xarici dil üzrə IELTS sertifikatı 7 baldan yüksək olan tələbələr “Xarici dil” fənni üzrə 1, 2, 3-lə yanaşı, “Xarici dil – 4” fənnindən də azad ediləcəklər.
İclasda 1 və ya 2 qaib limitini keçmiş əyani və qiyabi təhsil alan tələbələrin imtahana buraxılacağı barədə də qərar qəbul olunub. Qərar Zaqatala filialının, eləcə də UNEC nəzdində fəaliyyət göstərən kolleclərin tələbələrinə də şamil olunacaq.
|
|
26.12.2023 | 10:58 | |
|
|
|