“Elm məktəbi”nin bağlanış mərasimi keçirilib | |
Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində Radiasiya Problemləri İnstitutu (RPİ) və Bakı Avropa Liseyinin ikitərəfli əməkdaşlığı ilə həyata keçirilən “Elm məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib.
Radiasiya Problemləri İnstitutunda keçirilən tədbirdə şagirdlər, müəllimlər və digər qonaqlar iştirak ediblər.
İnstitutun direktoru Rəvan Mehdiyeva RPİ-nin tarixi və elmi sahələri barədə məlumat verib.
Sonra institutun laboratoriyaları və həyata keçirdiyi işlərlə bağlı videorolik nümayiş etdirilib.
Daha sonra layihə rəhbəri Nəzakət Qasımova çıxış edib, layihə barədə iştirakçıları məlumatlandırıb.
Fizika üzrə fəlsəfə doktoru Mətanət Mehrabova, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva fikir və təcrübələrini mərasim iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda layihədə iştirak etmiş şagirdlərə sertifikatlar verilib.
|
|
25.12.2023 | 17:00 | |
|
|
|